- Dünya çempionatı
- 23:55 20.07.2026
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında iştirak edən bütün milli komandaların yekun sıralamasını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, yekun cədvəl komandaların turnirdə irəlilədiyi mərhələyə əsasən tərtib olunub. Eyni mərhələdə mübarizəni başa vuran yığmaların sıralanması isə topladıqları xal, top fərqi və vurduqları qollar nəzərə alınmaqla müəyyənləşdirilib. Bütün bu göstəricilər bərabər olduğu halda komandalara eyni yer verilib.
Dünya çempionatının yekun sıralaması belədir:
Xatırladaq ki, 2026-cı il dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək tarixində növbəti dünya çempionluğunu qazanıb. ABŞ-nin İst-Raterford şəhərində yerləşən "Metlayf" stadionunda keçirilən qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edib.