- Dünya çempionatı
- 00:23 22.07.2026
Argentina millisinin baş məşqçisi Lionel Skaloninin 2026-cı ilin sonunda komandadan ayrılacağı iddia olunur.
90deqiqe.Az-ın məlumatına görə, Skaloninin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin sonunda başa çatacaq və onun milli komandadakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik dəqiqləşməyib.
Bildirilir ki, Skaloni vəzifəsindən ayrılacağı təqdirdə, Argentina millisinin baş məşqçi postuna əsas namizədlərdən biri Marselo Qalyardo olacaq. Təcrübəli mütəxəssis bu ilin fevral ayının sonunda "River Pleyt" klubundakı ikinci məşqçilik dövrünü başa vuraraq komandadan ayrılıb.
Bununla yanaşı, Argentina Futbol Assosiasiyasının əsas hədəfinin Dieqo Simeoneni milli komandaya baş məşqçi təyin etmək olduğu vurğulanır.
Qeyd edək ki, Simeone 2011-ci ilin sonundan etibarən İspaniyanın "Atletiko" klubuna rəhbərlik edir.