22 iyul 2026. Çərşənbə

Otamendi Argentina millisində karyerasını başa vurdu


Otamendi Argentina millisində karyerasını başa vurdu

Argentina millisinin təcrübəli müdafiəçisi Nikolas Otamendi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı futbolçu qərarını şəxsi sosial şəbəkə hesabında paylaşıb.

Otamendi ilk dəfə 2009-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı ərəfəsində Argentina millisinə dəvət almışdı. O, ötən müddətdə yığmanın heyətində 139 oyunda meydana çıxıb.

Təcrübəli müdafiəçinin milli komandadakı son qarşılaşması ötən bazar günü 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı keçirilən və Argentinanın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan oyun olub.

Qeyd edək ki, Otamendi ötən mövsümün sonunda Portuqaliyanın "Benfika" klubundan ayrılaraq vətəninə qayıdıb və hazırda "River Pleyt"in formasını geyinir.

Nikolas Otamendi Argentina millisinin heyətində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.







Dünya çempionatı

"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
  • Dünya çempionatı
  • 23:37 21.07.2026
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"
  • Dünya çempionatı
  • 22:51 21.07.2026
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"