5 sentyabr 2026. Şənbə

Skaloni ayrılıq qərarına yenidən baxa bilər


Skaloni ayrılıq qərarına yenidən baxa bilər

Argentina millisinin baş məşqçisi Lionel Skaloni gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, dünya çempionatının finalında İspaniyaya məğlub olduqdan sonra ilin sonunda vəzifəsindən ayrılacağını bildirən mütəxəssis bu dəfə qərarını yenidən nəzərdən keçirə biləcəyinə işarə vurub.

"Gələcəyim? Belə bir turnirdən sonra hər şeyi yenidən dəyərləndirmək olar. Dekabr ayına qədər buradayıq. Ən vacibi isə insanların komandanın sona qədər mübarizə apardığını, millidə birlik və qarşılıqlı inamın olduğunu görməsidir", - deyə Skaloni bildirib.

Qeyd edək ki, Argentina millisinin baş məşqçisi bu fikirləri çərşənbə axşamı komandanın bazasını avtomobillə tərk edərkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır