22 iyul 2026. Çərşənbə

İnfantinodan Argentina millisinə dəstək mesajı


İnfantinodan Argentina millisinə dəstək mesajı

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında Argentina millisinin çıxışı ilə bağlı paylaşım edib.

90deqiqe.Az-ın məlumatına görə, FİFA rəhbəri dünya çempionatının finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzan Argentina yığmasının turnirdə nümayiş etdirdiyi mübarizəni yüksək qiymətləndirib.

"Argentina millisi möhtəşəm dünya çempionatı keçirdi. Yadda qalan geri dönüşləriniz və sona qədər mübarizə aparan ruhunuz milyonlarla insana ilham verdi, dünyanın hər yerində azarkeşlərə unudulmaz anlar yaşatdı.

2022-ci ildə qazandığınız çempionluqdan sonra yenidən dünya çempionatının finalına yüksəlməyiniz yüksək səviyyənizin göstəricisidir. Bu turniri xüsusi etdiyiniz və sonadək böyük əzmlə mübarizə apardığınız üçün sizə təşəkkür edirəm", - deyə İnfantino bildirib.

Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının pley-off mərhələsində bir neçə görüşdə hesabda geridə olmasına baxmayaraq qələbə qazanaraq finala yüksəlmişdi. Lakin həlledici qarşılaşmada İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olmuşdu.







Dünya çempionatı

"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
  • Dünya çempionatı
  • 23:37 21.07.2026
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"
  • Dünya çempionatı
  • 22:51 21.07.2026
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"