22 iyul 2026. Çərşənbə

Konseysau Belçika millisinə rəhbərlik edə bilər


Konseysau Belçika millisinə rəhbərlik edə bilər

Portuqaliyalı mütəxəssis Serjiu Konseysau Belçika millisinin baş məşqçi postuna namizədlər sırasındadır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında ilkin danışıqlar artıq baş tutub. Lakin bu görüşlərdə Konseysaunun özü deyil, nümayəndələri iştirak ediblər.

Bildirilir ki, Belçika millisinin baş məşqçi vəzifəsinə digər əsas namizədlərdən biri də Niderland millisinin sabiq futbolçusu Mark van Bommeldir.

Qeyd edək ki, Serjiu Konseysaunun son iş yeri Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu olub. O, 2024-2025-ci illərdə İtaliyanın "Milan" komandasını çalışdırıb. Bundan əvvəl isə 2017-2024-cü illərdə yeddi mövsüm Portuqaliyanın "Portu" klubunun baş məşqçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Belçika millisi 2026-cı il dünya çempionatında Rudi Qarsiyanın rəhbərliyi altında dörddəbir finala yüksəlib və bu mərhələdə sonradan çempion olan İspaniyaya 1:2 hesabı ilə məğlub olub.







Dünya çempionatı

"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
  • Dünya çempionatı
  • 23:37 21.07.2026
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"
  • Dünya çempionatı
  • 22:51 21.07.2026
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"