22 iyul 2026. Çərşənbə

Blatter FİFA rəhbərliyini sərt tənqid etdi


Blatter FİFA rəhbərliyini sərt tənqid etdi

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter 2026-cı il dünya çempionatından sonra qurumun rəhbərliyini tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, keçmiş funksioner dünya futbolunda idarəetmə yanaşmasının dəyişdirilməsinin vacibliyini vurğulayıb.

"Tarixin ən uzun dünya çempionatı layiqli qalibin qələbəsi ilə başa çatdı. Lakin final fitinə qədər turnir etibarını itirdi. Siyasət heç vaxt futbolun önünə keçməməlidir"

O, futbolun yenidən azarkeşlərin, futbolçuların və milli assosiasiyaların maraqlarına uyğun idarə olunmasının vacibliyini də qeyd edib.

"Azarkeşlər, futbolçular və milli assosiasiyalar futbolu geri qaytarmalı, onu yeni rəhbərlik altında öz köklərinə qaytarmalıdırlar", - deyə sabiq FİFA prezidenti əlavə edib.

Qeyd edək ki, daha əvvəl İspaniya La Liqasının prezidenti Xavyer Tebas da FİFA prezidenti Canni İnfantinonu tənqid etmişdi. O bildirmişdi ki, FİFA dünya çempionatına həddindən artıq diqqət ayıraraq milli çempionatların və ümumilikdə futbol sənayesinin maraqlarını ikinci plana keçirir.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini icra edir. Onun növbəti müddətə yenidən seçilməsi məsələsinə 2027-ci ilin mart ayında baxılması gözlənilir.







Dünya çempionatı

"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
  • Dünya çempionatı
  • 23:37 21.07.2026
Skaloni ayrılıq qərarına yenidən baxa bilər
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"
  • Dünya çempionatı
  • 22:51 21.07.2026
"Millidə böyük dəyişikliklər etməyəcəyəm"