5 sentyabr 2026. Şənbə

FİFA azarkeşlərin seçdiyi dünya çempionatının rəmzi komandasını açıqladı


FİFA azarkeşlərin seçdiyi dünya çempionatının rəmzi komandasını açıqladı

FİFA azarkeşlərin səsverməsinin nəticələrinə əsasən 2026-cı il dünya çempionatının rəmzi komandasını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, rəmzi heyətdə İspaniya və Fransa milli komandalarının hərəsindən üç, Argentina millisindən iki, Kabo-Verde, İngiltərə və Norveç yığmalarından isə hərəsindən bir futbolçu yer alıb.

Qapıçı:

  • Vozinya (Kabo-Verde)

Müdafiəçilər:

  • Pedro Porro (İspaniya)
  • Lisandro Martines (Argentina)
  • Dayo Upamekano (Fransa)
  • Mark Kukurelya (İspaniya)

Yarımmüdafiəçilər:

  • Rodri (İspaniya)
  • Maykl Olise (Fransa)
  • Cud Bellinqem (İngiltərə)

Hücumçular:

  • Lionel Messi (Argentina)
  • Erlinq Holann (Norveç)
  • Kilian Mbappe (Fransa)

Qeyd edək ki, 2026-cı il dünya çempionatında 48 milli komanda mübarizə aparıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnir iyunun 11-dən iyulun 19-dək keçirilib.

Dünya çempionatının qalibi finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya yığması olub.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır