- Dünya çempionatı
- 22:24 22.07.2026
Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Fiqu "Qızıl top" mükafatına namizəd hesab etdiyi futbolçuların adlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "Marca" nəşri sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Rodri dünya çempionatında nə qolları, nə də məhsuldar ötürmələri ilə fərqlənsə də, çox yüksək səviyyəli turnir keçirdi. Kilian Mbappe də dünya çempionatındakı çıxışına görə mütləq namizədlər sırasında olmalıdır.
Düşünürəm ki, Vitinya və Due möhtəşəm mövsüm keçirdilər. Dünya çempionatı, xüsusilə də Portuqaliya millisinin heyətində onlar üçün uğurlu alınmasa da, hər ikisi namizədlər siyahısında yer almağa layiqdir"
Qeyd edək ki, "Qızıl top" mükafatı hər il Fransanın "France Football" jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna təqdim olunur.
Hazırda bu nüfuzlu mükafatın sahibi Fransanın "PSJ" klubunun hücumçusu Usman Dembeledir.