5 sentyabr 2026. Şənbə

Per Mertesaker Almaniya Futbol İttifaqında vəzifə tuta bilər


Per Mertesaker Almaniya Futbol İttifaqında vəzifə tuta bilər

"Arsenal" klubunun və Almaniya millisinin sabiq müdafiəçisi Per Mertesaker Almaniya Futbol İttifaqında rəhbər vəzifəyə təyin oluna bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, Almaniya Futbol İttifaqı Mertesakerlə idman məsələləri üzrə icraçı direktor vəzifəsi ilə bağlı danışıqları davam etdirir. Bildirilir ki, o, ilin sonunda vəzifəsindən ayrılacaq Andreas Rettiqi əvəz edəcək.

Həmçinin qeyd olunur ki, Per Mertesaker Almaniya Futbol İttifaqına qoşulmağa və Yurgen Kloppla birlikdə çalışmağa hazırdır.

Xatırladaq ki, Per Mertesaker peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, karyerası ərzində "Arsenal"la yanaşı, "Hannover" və "Verder" klublarının da formasını geyinib.

Təcrübəli müdafiəçi Almaniya millisinin heyətində 104 oyuna çıxıb, 4 qol vurub və 2014-cü ildə dünya çempionu adını qazanıb.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır