23 iyul 2026. Cümə axşamı

Fransa və Almaniya dünya çempionatına birgə ev sahibliyi etmək istəyir


Fransa və Almaniya dünya çempionatına birgə ev sahibliyi etmək istəyir

Fransa və Almaniya futbol üzrə dünya çempionatını birgə keçirmək imkanını nəzərdən keçirir.

90deqiqe.Azn “Le Parisien”ə istinadən məlumatına görə, hər iki ölkə 2038 və ya 2042-ci il dünya çempionatına ev sahibliyi etmək üçün birgə namizədlik irəli sürməyi planlaşdırır.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin qalibi finalda Argentinanı məğlub edən İspaniya millisi olub.

Növbəti dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi ilə təşkil olunacaq. Bununla yanaşı, turnirin açılış oyunları Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

2034-cü il dünya çempionatına isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

Xatırladaq ki, Fransa indiyədək iki dəfə - 1938 və 1998-ci illərdə dünya çempionatını qəbul edib. Almaniya isə bu turnirə 1974 və 2006-cı illərdə ev sahibliyi edib.







Dünya çempionatı

Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
  • Dünya çempionatı
  • 21:42 22.07.2026
Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
İnfantinodan İspaniya millisinə təbrik mesajı
  • Dünya çempionatı
  • 23:50 21.07.2026
İnfantinodan İspaniya millisinə təbrik mesajı
İnfantinodan Argentina millisinə dəstək mesajı
  • Dünya çempionatı
  • 23:48 21.07.2026
İnfantinodan Argentina millisinə dəstək mesajı