24 iyul 2026. Cümə

İtaliya millisindən Ançelottiyə təklif gəldi, cavabı isə...


İtaliya millisindən Ançelottiyə təklif gəldi, cavabı isə...

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, Federasiyanın yeni texniki direktoru Paolo Maldini bildirib ki, bu vəzifə ilə bağlı yalnız Xosep Qvardiola ilə deyil, həm də Karlo Ançelotti ilə danışıqlar aparılıb. Halbuki təcrübəli mütəxəssis 2026-cı il dünya çempionatından əvvəl Braziliya Futbol Konfederasiyası ilə müqaviləsini 2030-cu ilin ortalarınadək uzadıb.

Məlumata görə, Ançelotti ilə bir neçə həftə əvvəl yenidən əlaqə saxlanılıb. Lakin italiyalı çalışdırıcı təklifi qəbul etməyərək Braziliya millisinə sadiq qaldığını təsdiqləyib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında Braziliya millisi 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Ançelottinin rəhbərlik etdiyi komandanın bu nəticəsi ölkədə ciddi müzakirələrə səbəb olmuşdu.







Dünya çempionatı

Nestor Lorenso Kolumbiya millisində qalacaq
  • Dünya çempionatı
  • 23:50 23.07.2026
Nestor Lorenso Kolumbiya millisində qalacaq
Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
  • Dünya çempionatı
  • 21:42 22.07.2026
Luiş Fiqu "Qızıl top"a namizədləri açıqladı
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
  • Dünya çempionatı
  • 00:23 22.07.2026
"Finaldan sonra deyiləcək söz qalmamışdı"
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi
  • Dünya çempionatı
  • 23:58 21.07.2026
Blatter FİFA rəhbərliyini sərt tənqid etdi