9 avqust 2026. Bazar günü

Yaponiya millisinin baş məşqçisi Asiya Kubokundan sonra postunu tərk edəcək


Yaponiya millisinin baş məşqçisi Asiya Kubokundan sonra postunu tərk edəcək

Yaponiya millisinin baş məşqçisi Hajime MoriYasu 2027-ci il Asiya Kubokundan sonra vəzifəsini tərk edəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Yaponiya Futbol Federasiyası rəsmi açıqlama yayıb. Qeyd olunur ki, Səudiyyə Ərəbistanında keçiriləcək turnirin ardından yaponiyalı mütəxəssislə yollar ayrılacaq.

MoriYasunu əvəz edəcək mütəxəssisin adı da artıq məlumdur. Yaponiya yığmasının sükanı arxasına Qo Oiva keçəcək.

Hajime MoriYasu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından etibarən Yaponiya millisinin baş məşqçisi postunda çalışır.

Xatırladaq ki, 2026-cı il Şimali Amerikada keçirilən dünya çempionatında Yaponiya millisi 1/16 final mərhələsində mübarizəni dayandırıb. "Samuraylar" gərgin keçən qarşılaşmada Braziliyaya 1:2 hesabı ilə məğlub olub. Yaponiya yığması qrup mərhələsini isə ikinci pillədə başa vuraraq pley-offa yüksəlmişdi.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"