7 sentyabr 2026. Bazar ertəsi

Nestor Lorenso Kolumbiya millisində qalacaq


Nestor Lorenso Kolumbiya millisində qalacaq

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso vəzifəsində qalacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası rəsmi məlumat yayıb.

Qeyd edək ki, 2026-cı il Şimali Amerikada keçirilən dünya çempionatında Kolumbiya millisi 1/8 final mərhələsinə qədər irəliləyib. Bu mərhələdə komanda penaltilər seriyasında İsveçrəyə məğlub olaraq turnirlə vidalaşıb.

Kolumbiyalılar qrup mərhələsini Portuqaliya, Konqo Demokratik Respublikası və Özbəkistanla eyni qrupda birinci pillədə başa vurublar. Onlar 1/16 finalda isə Qana millisini minimal hesabla məğlub edərək növbəti mərhələyə yüksəliblər.

60 yaşlı Nestor Lorensonun rəhbərliyi altında Kolumbiya millisi daha əvvəl 2024-cü ildə Amerika Kubokunda ikinci yeri tutub. Həmçinin onun rəhbərliyi dövründə komanda 2022-2024-cü illər ərzində təxminən iki il heç bir rəqibə məğlub olmayıb.







Dünya çempionatı

UEFA İnfantinoya qarşı namizəd hazırlayır
  • Dünya çempionatı
  • 23:09 27.08.2026
UEFA İnfantinoya qarşı namizəd hazırlayır