26 iyul 2026. Bazar günü

Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olundu


Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olundu

Almaniyalı mütəxəssis Yurgen Klopp rəsmən Almaniya milli komandasının baş məşqçisi təyin edilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 58 yaşlı çalışdırıcı ilə 2030-cu ilədək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Xatırladaq ki, Almaniya millisinin əvvəlki baş məşqçisi Yulian Naqelsmann 2026-cı il dünya çempionatındakı uğursuz çıxışdan sonra vəzifəsindən kənarlaşdırılmışdı.

Şimali Amerikada keçirilən mundialda Almaniya yığması 1/16 final mərhələsindən irəli gedə bilməyib. Bundestim bu mərhələdə Paraqvay millisinə penaltilər seriyasında məğlub olaraq turnirlə erkən vidalaşıb.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"