- Dünya çempionatı
- 09:59 25.07.2026
Almaniya millisinin və İngiltərənin "Arsenal" klubunun sabiq müdafiəçisi Per Mertesakker Almaniya Futbol İttifaqının (DFB) yeni baş direktoru təyin olunacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında razılıq artıq əldə olunub. Mertesakker gələn ilin yanvar ayından etibarən vəzifəsinin icrasına başlayacaq. Həmin vaxta qədər baş direktor postunu hazırkı rəhbər Andreas Rettiq icra edəcək.
Məlumata əsasən, sabiq futbolçu ilə imzalanacaq əmək müqaviləsi 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq.
Xatırladaq ki, Almaniya millisi 2026-cı il dünya çempionatında uğursuz çıxış edib. "Bundestim" pley-offun ilk mərhələsində Paraqvay millisinə məğlub olaraq turnirlə gözlənilmədən erkən vidalaşıb.