26 iyul 2026. Bazar günü

"Skaloni Argentina tarixinin ən yaxşı məşqçilərindən biridir"


"Skaloni Argentina tarixinin ən yaxşı məşqçilərindən biridir"

Argentina millisinin və dünya futbolunun tanınmış sabiq futbolçularından Xuan Rikelme yığmanın baş məşqçisi Lionel Skaloninin fəaliyyəti barədə yüksək fikirlər səsləndirib.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə "TyC Sports"a açıqlamasında danışıb.

"Skaloni ölkəmizin tarixindəki ən yaxşı məşqçilərdən biridir. O, məşqçilər korpusu və futbolçular bizə böyük sevinc yaşadıblar. Buna görə onların hər birinə minnətdarıq. Mən Skalonini 14 yaşımızdan tanıyıram", - deyə Rikelme bildirib.

Qeyd edək ki, 48 yaşlı Lionel Skaloni rəhbərliyi altında Argentina millisi 2022-ci ildə dünya çempionu olub, həmçinin iki dəfə Amerika Kubokunun qalibi adını qazanıb.

2026-cı il dünya çempionatında isə Argentina yığması finala qədər irəliləsə də, həlledici qarşılaşmada İspaniyaya 0:1 hesabı ilə uduzaraq gümüş medallarla kifayətlənib.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"