26 iyul 2026. Bazar günü

"Bu, Almaniya millisində yeni başlanğıcdır"


"Bu, Almaniya millisində yeni başlanğıcdır"

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis ilk çıxışında komandanın gələcəyi, heyət seçimi və yarımmüdafiəçi Coşua Kimmixin mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

"Burada futbolçuların mövqelərini bölüşdürmək fikrində deyiləm. Kim həqiqətən yüksək səviyyədə çıxış edir və oynamaq istəyirsə, o da meydanda olacaq. Futbolçular Almaniya millisinin formasını geyinəndə daha da güclənirlər"

Almaniyalı mütəxəssis heç bir futbolçunun əvvəlcədən heyətdən kənarda qalmayacağını da vurğulayıb.

"Millidə oynamaq hüququ olan hər kəs özünü sübut etmək üçün çalışmalıdır. Mən hamını qiymətləndirəcəyəm. Bu gün heç kimin üzərindən xətt çəkmirik. Bu, komandanın yenidən qurulmasıdır"

Qeyd edək ki, Almaniya millisinin növbəti oyunları sentyabrın sonu - oktyabrın əvvəlində keçiriləcək. "Bundestim" UEFA Millətlər Liqası çərçivəsində Niderland, Yunanıstan və Serbiya yığmaları ilə qarşılaşacaq.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"