26 iyul 2026. Bazar günü

"Mən yararsızamsa, heç bir təzminat almadan gedəcəyəm"


"Mən yararsızamsa, heç bir təzminat almadan gedəcəyəm"

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp komandadakı gələcəyi və ünvanına səslənə biləcək tənqidlər barədə diqqətçəkən açıqlamalar verib.

90deqiqe.Az xəbər verir ki, almaniyalı mütəxəssis uğursuz nəticələr olacağı təqdirdə vəzifəsindən yapışmayacağını bildirib.

"Bir gün mənə ehtiyacınız olmadığını desəniz, gedəcəyəm. Heç bir təzminat istəməyəcəyəm. Sabah 'yararsız məşqçisən' desəniz, yenə gedəcəyəm. Təkcə mən yox, komandamın üzvləri də mənimlə birlikdə ayrılacaq. Əgər Almaniya Futbol İttifaqı mənim bu işə uyğun olmadığımı düşünərsə, dərhal istefa verəcəyəm", - deyə Klopp bildirib.

58 yaşlı çalışdırıcı ailəsinin hədəfə alınmasını isə qəbul etməyəcəyini vurğulayıb.

"Əgər özünüzü düzgün aparmasanız və ailəmi rahat buraxmasanız, yenə gedəcəyəm. Tənqid edəcəksinizsə, məni tənqid edin. Nəsə işləmirsə, məsuliyyət mənim üzərimdədir", - deyə o əlavə edib.

Qeyd edək ki, Yurgen Klopp Almaniya millisi ilə 2030-cu ilədək qüvvədə olacaq müqavilə imzalayıb.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"