26 iyul 2026. Bazar günü

Mark van Bommel Belçika millisinin baş məşqçisi təyin olundu


Mark van Bommel Belçika millisinin baş məşqçisi təyin olundu

Belçika millisi yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, yığmanın sükanı arxasına niderlandlı mütəxəssis Mark van Bommel keçib. Bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, 49 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Van Bommelin son iş yeri Belçikanın "Anderlext" klubu olub. O, bu komandaya 2024-cü ilə qədər rəhbərlik edib. Təcrübəli mütəxəssis daha əvvəl Almaniyanın "Volfsburq" və Niderlandın PSV klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Bundan başqa, Van Bommel milli komandalar səviyyəsində də təcrübəyə malikdir. O, Avstraliya və Səudiyyə Ərəbistanı yığmalarında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Belçika millisinin əvvəlki baş məşqçisi Rudi Qarsiya 2026-cı il dünya çempionatındakı uğursuz çıxışdan sonra vəzifəsindən ayrılmışdı. Belçikalılar mundialın 1/4 final mərhələsində İspaniyaya məğlub olaraq mübarizəni dayandırmışdılar.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"