11 avqust 2026. Çərşənbə axşamı

Andrea Pirlo İtaliya millisinə rəhbərlik edəcək


Andrea Pirlo İtaliya millisinə rəhbərlik edəcək

İtaliya millisinin yeni baş məşqçisinin Andrea Pirlo olacağı ilə bağlı xəbərlər növbəti dəfə təsdiqini tapıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, Pirlo İtaliya Futbol Federasiyasının təklifini şifahi şəkildə qəbul edib. Tərəflər arasında müqavilənin hüquqi rəsmiləşdirilməsinin yaxın günlərdə baş tutacağı gözlənilir.

Andrea Pirlo futbolçu karyerası ərzində İtaliya millisinin, eləcə də "Milan" və "Yuventus" klublarının heyətindəki uğurlu çıxışı ilə tanınıb. Məşqçi kimi isə "Yuventus" və "Sampdoriya"nı çalışdırıb. Hazırda BƏƏ-nin "Dubai United" klubuna rəhbərlik edir.

Xatırladaq ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilmədikdən sonra baş məşqçisiz qalıb. "Skuadra Adzurra" pley-off mərhələsində Bosniya və Herseqovina millisinə məğlub olaraq ardıcıl üçüncü dəfə mundialdan kənarda qalıb. Komandaya son olaraq Cennaro Qattuzo rəhbərlik edirdi.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər