26 iyul 2026. Bazar günü

İspaniya millisi dünya çempionluğuna görə 15 milyon dollar vergi ödəyəcək


İspaniya millisi dünya çempionluğuna görə 15 milyon dollar vergi ödəyəcək

2026-cı il dünya çempionu İspaniya millisinin qazandığı mükafatın əhəmiyyətli hissəsi vergi ödənişinə yönələcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib. Bu səbəbdən komanda dünya çempionatında qazandığı mükafatın təxminən 30 faizini vergi şəklində ödəyəcək.

Bildirilir ki, ödəniləcək verginin ümumi məbləği təxminən 15 milyon ABŞ dolları təşkil edəcək.

Qeyd olunur ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılıq əldə edir. Lakin bu dəfə ABŞ-də tətbiq olunan vergi qaydaları səbəbindən İspaniya millisi istisna ilə üzləşib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya yığması finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində növbəti dünya çempionluğunu qazanıb.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"