26 iyul 2026. Bazar günü

Pirlonun İtaliya millisinə təyinatı təhlükə altına düşüb


Pirlonun İtaliya millisinə təyinatı təhlükə altına düşüb

Andrea Pirlonun İtaliya milli komandasının baş məşqçisi postuna mümkün təyinatı sual altına düşüb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, buna səbəb italiyalı mütəxəssisin Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı olub.

Bildirilir ki, İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo Pirlonun 2025-ci ilin oktyabrından etibarən səfiri olduğu şirkətlə əməkdaşlığının bütün detallarının araşdırılması barədə göstəriş verib.

Məlumata əsasən, bu məsələ, eləcə də Pirlonun yaxın vaxtlarda Moskvaya səfəri ölkənin bir sıra siyasətçiləri tərəfindən tənqid olunub.

Qeyd edilir ki, Andrea Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunması üçün zərurət yaranacağı təqdirdə, mövcud kommersiya müqavilələrinə xitam verə bilər.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"