- Dünya çempionatı
- 23:46 26.07.2026
İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Dani Olmo dünya çempionatının finalından sonra Roberto Ayala ilə yaşadığı insidentə ilk dəfə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Marca" nəşri məlumat yayıb.
Ayala sonradan bunun zərbədən çox itələmə olduğunu və hərəkətinin Olmonun dediyi sözlərə reaksiya verdiyini bildirsə də, ispaniyalı futbolçu bu iddiaları təkzib edib.
"Əgər insan peşman olduğunu deyir, amma eyni zamanda zərbəni hansısa sözlərə reaksiya kimi əsaslandırırsa, deməli, səmimi deyil. O, həqiqəti danışmır, çünki mən ona heç nə deməmişəm. Onun üzrxahlığına ehtiyacım yoxdur. Əsas məsələ səhv etməmək yox, onu etiraf edəcək cəsarətə sahib olmaqdır", - deyə Olmo bildirib.
Xatırladaq ki, İspaniya ilə Argentina arasında keçirilən final görüşünün başa çatmasının ardından meydanda qarşıdurma yaşanıb. Münaqişə Rodri və Nael Molina arasında başlayan gərginlikdən sonra böyüyüb. Daha sonra Roberto Ayala Dani Olmoya yaxınlaşaraq ona zərbə endirib.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi Argentinaya 1:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə dünya çempionu olub.