27 iyul 2026. Bazar ertəsi

Mbappe Zidanın rəhbərliyi altında da Fransa millisinin kapitanı olacaq


Mbappe Zidanın rəhbərliyi altında da Fransa millisinin kapitanı olacaq

Fransa millisinin hücumçusu Kilian Mbappe yeni baş məşqçi Zinəddin Zidanın rəhbərliyi dövründə də komandanın kapitanı olaraq qalacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu qərarla bağlı heç bir şübhə yoxdur. Belə ki, Zidan və Mbappe uzun illərdir bir-birlərini tanıyır və qarşılıqlı hörmət münasibətlərinə malikdirlər.

Bundan əvvəl Fransa Futbol Federasiyasının (FFF) Zinəddin Zidanla müqavilənin imzalanmasını iyulun 28-də, çərşənbə axşamı rəsmən elan edəcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Kilian Mbappe Fransa millisinin heyətində bütün turnirlər daxil olmaqla 106 oyunda meydana çıxıb və 66 qola imza atıb. O, ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında vurduğu 10 qolla turnirin bombardiri olub.







Dünya çempionatı