9 avqust 2026. Bazar günü

Benzema Zidanın Fransa millisinə rəhbərlik etməsinə münasibət bildirdi


Benzema Zidanın Fransa millisinə rəhbərlik etməsinə münasibət bildirdi

Fransa millisinin sabiq hücumçusu Kərim Benzema Zinəddin Zidanın yığmanın baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə "Konbini" nəşrinə müsahibəsində danışıb.

"Zidan əfsanədir, o mənim üçün böyük qardaş kimidir. Onun Fransa millisini çalışdıracağına görə xoşbəxtəm? Bilmirəm, bu vəzifəyə məhz onun təyin olunub-olunmayacağı hələ dəqiq deyil. Amma əgər bu, baş versə, mən həqiqətən çox sevinərəm"

Qeyd edək ki, 38 yaşlı futbolçu cari ilin fevral ayından Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun formasını geyinir.

Kərim Benzema Fransa millisinin heyətində keçirdiyi 97 oyunda 37 qola imza atıb.

Xatırladaq ki, dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılıb. Mətbuatda yayılan məlumatlara görə, onun yerinə əsas namizəd Zinəddin Zidandır.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"