- Dünya çempionatı
- 23:09 27.07.2026
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının finalında İspaniyaya məğlub olduqdan bir həftə sonra azarkeşlərə emosional müraciət ünvanlayıb.
90deqiqe.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı mesajda azarkeşlərdən üzr istəyib və komandasının mübarizə ruhundan qürur duyduğunu bildirib.
"Mənə yalnız bir söz demək qalır: Sizə daha bir kubok qazandıra və həyatınızdakı çətinlikləri heç olmasa qısa müddətə unutduracaq yeni sevinc bəxş edə bilmədiyim üçün məni bağışlayın.
Amma istəyirəm ki, bu futbolçular qrupunun - mənim "döyüşçülərim"in sizə göstərməyə çalışdığı dəyərləri unutmayasınız. Əzm, istək, inam, təslim olmamaq, hər şeyini ortaya qoymaq, ən çətin anlarda belə ayaqda qalmaq... Əsl qələbə və əsl kubok məhz budur"
Argentina millisinin çalışdırıcısı həmçinin məşqçilər korpusuna, futbolçulara, federasiya əməkdaşlarına və komandaya dəstək olan hər kəsə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, dünya çempionatının finalında Argentina millisi əlavə vaxtda buraxdığı qolla İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirin gümüş mükafatçısı olub.