- Dünya çempionatı
- 23:46 27.07.2026
İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo təyinatlarından cəmi 10 gün sonra vəzifələrindən ayrılıblar.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, istefa qərarının əsas səbəbi FIGC prezidenti Covanni Malaqonun Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi təyin olunmasına qarşı çıxması olub.
Bildirilir ki, federasiya rəhbərliyi Pirlonun Rusiya bukmeker şirkətləri ilə əlaqələrini əsas gətirərək onun namizədliyini dəstəkləməyib. Maldini və Leonardo isə milli komandaya yalnız Pirlonun rəhbərlik etməsini istəyiblər.
Xatırladaq ki, daha əvvəl Andrea Pirlo İtaliya millisinin baş məşqçi postuna əsas namizəd hesab olunurdu. Lakin sonradan onun namizədliyi rədd edilib. Pirlo özü də açıqlamasında artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd olmadığını təsdiqləyib.