- Dünya çempionatı
- 23:46 27.07.2026
Kabo-Verde millisinin müdafiəçisi Sidni Lopeş Kabralın Argentina yığmasının qapısına vurduğu qol 2026-cı il dünya çempionatının ən gözəl qolu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Sözügedən qol dünya çempionatının 1/16 final mərhələsində Argentina ilə keçirilən qarşılaşmada vurulub. Görüş əlavə vaxtda Cənubi Amerika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatsa da, Kabralın möhtəşəm qolu matçın ən yaddaqalan epizodu olub.
23 yaşlı müdafiəçi Aleksis Mak Allisteri keçdikdən sonra topu cərimə meydançası kənarından Emiliano Martinesin qoruduğu qapının yuxarı küncünə dəqiq göndərərək hesabı bərabərləşdirib.
Səsvermənin nəticələrinə əsasən, Kabralın qolu Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovun və Haiti yığmasının futbolçusu Vilson İzidorun qollarını geridə qoyaraq birinci olub.
"Rəqibi keçdikdən sonra boşluğu gördüm və düşündüm ki, niyə də zərbə vurmayım? Məqsədim topu yuxarı küncə göndərmək idi və zərbə istədiyim kimi alındı", - deyə Sidni Lopeş Kabral FIFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Futbolçu əlavə edib ki, oyundan sonra Madrid "Real"ının və Braziliya millisinin əfsanəsi Marselodan mesaj alıb. Keçmiş müdafiəçi ona məhz bu qola səs verdiyini bildirib.