28 iyul 2026. Çərşənbə axşamı

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi oldu


Zinəddin Zidan Fransa millisinin baş məşqçisi oldu

Fransa milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.  

90deqiqe.Az xəbər verir ki, yığma əfsanəvi futbolçu və tanınmış mütəxəssis Zinəddin Zidana tapşırılıb. Bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.

Bildirilib ki, 54 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. Zidan bu postda 2012-ci ildən Fransa millisinə rəhbərlik edən Didye Deşamı əvəzləyib.

Beləliklə, Zinəddin Zidan beş illik fasilədən sonra yenidən məşqçilik fəaliyyətinə qayıdıb. O, son olaraq İspaniyanın "Real Madrid" klubunu çalışdırıb və Madrid təmsilçisi ilə 11 titul qazanaraq klub tarixinin ən uğurlu baş məşqçilərindən birinə çevrilib.

Fransa millisində Zidanın əsas hədəfi komandanı qarşıdakı beynəlxalq turnirlərdə uğurlu çıxışa hazırlamaq olacaq.







Dünya çempionatı

DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
  • Dünya çempionatı
  • 23:46 27.07.2026
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
  • Dünya çempionatı
  • 23:20 27.07.2026
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
Maldini cəmi 10 gün sonra istefa verdi
  • Dünya çempionatı
  • 23:09 27.07.2026
Maldini cəmi 10 gün sonra istefa verdi