28 iyul 2026. Çərşənbə axşamı

Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin olundu


Roberto Mançini İtaliya millisinin baş məşqçisi təyin olundu

Dünya çempionatına ardıcıl üçüncü dəfə vəsiqə qazana bilməyən İtaliya milli komandasında baş məşqçi postuna Roberto Mançini gətirilib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis 3 illik fasilədən sonra yenidən milli komandaya qayıdıb. Bu, Mançininin İtaliya yığmasına ikinci rəhbərliyi olacaq.

İtaliya Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib: “Roberto Mançini A milli komandanın yeni baş məşqçisidir”.

Federasiya prezidenti Covanni Malaqo bundan əvvəl verdiyi açıqlamada Mançini ilə danışıqlar apardıqlarını və razılaşmanın rəsmiləşdirilməsini gözlədiklərini qeyd etmişdi.

Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə İtaliya millisində çalışıb. Onun rəhbərliyi altında komanda 2021-ci ildə Avropa çempionu olub.

Mançininin baş məşqçi olduğu dövrdə İtaliya millisi 58 oyuna çıxıb. Bu görüşlərdə komanda 38 qələbə qazanıb, 12 dəfə heç-heçə edib və 8 qarşılaşmadan məğlub ayrılıb.







Dünya çempionatı

DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
  • Dünya çempionatı
  • 23:46 27.07.2026
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
  • Dünya çempionatı
  • 23:20 27.07.2026
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
Maldini cəmi 10 gün sonra istefa verdi
  • Dünya çempionatı
  • 23:09 27.07.2026
Maldini cəmi 10 gün sonra istefa verdi