- Dünya çempionatı
- 22:45 28.07.2026
İspaniya millisinin müdafiəçisi Mark Kukurelya dünya çempionatındakı qələbədən sonra verdiyi vədə əməl edib.
90deqiqe.Az xəbər verir ki, futbolçu qoluna milli komandanın baş məşqçisi Luis de la Fuentenin təsviri əks olunan döymə vurdurub. Kukurelya yeni tatuajın fotosunu şəxsi “Instagram” hesabında paylaşaraq “Vədə əməl olundu” sözlərini yazıb.
Ağ-qara üslubda hazırlanan döymədə Luis de la Fuente Dünya Kubokunu əlində tutmuş vəziyyətdə təsvir olunub. Kompozisiyada başa çatmış mundialın loqosundan da istifadə edilib.
Qeyd edək ki, Mark Kukurelya bu barədə daha əvvəl planını açıqlamışdı. İspaniya millisi iyulun 19-da keçirilən dünya çempionatının finalında Argentina seçməsini 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Xatırladaq ki, müdafiəçi 2024-cü ildə keçirilən Avropa çempionatı zamanı da komandanın qələbə qazanacağı halda saçlarını qırmızı rəngə boyayacağını bildirmişdi. İspaniyanın finalda İngiltərəni məğlub etməsindən sonra Kukurelya bu vədinə də əməl etmişdi.
