- Dünya çempionatı
- 22:45 28.07.2026
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan mətbuat konfransında yeni vəzifəsi ilə bağlı planlarını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis bildirib ki, komandaya uyğunlaşmaq, futbolçularla tanış olmaq və oyun fəlsəfəsini onlara aşılamaq üçün zamana ehtiyacı var.
“İki kəlmə ilə sizə necə qalib gələcəyimizi izah edə bilmərəm. Mənim əlimdə möhtəşəm komanda olacaq. Mən uyğunlaşmalı, oyunçularla görüşməli, onlara oyun planımı və birlikdə nə edəcəyimizi anlatmalıyam. Bundan sonra isə komandanın qələbə seriyasını davam etdirib-etdirməyəcəyi mənim baş məşqçi kimi işimdən asılı olacaq”, - deyə Zidan bildirib.
Qeyd edək ki, Zinəddin Zidan Fransa millisində baş məşqçi postunda Didye Deşamı əvəz edib.
Zidanın məşqçilik karyerasında əsas uğurları İspaniyanın “Real Madrid” klubunda əldə etdiyi nəticələrdir. O, Madrid təmsilçisi ilə üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə İspaniya çempionluğunu qazanıb.