28 iyul 2026. Çərşənbə axşamı

"Beş il futbolsuz qalmamışam"


"Beş il futbolsuz qalmamışam"

Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan Madrid "Real"ından ayrıldıqdan sonra futboldan uzaq düşmədiyini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis ötən beş il ərzində məşqçilik etməsə də, futbolu yaxından izlədiyini və xüsusilə Fransa millisinin çıxışlarını diqqətdə saxladığını deyib.

"Mən beş il ərzində boş oturmamışam. Hətta "Real"ı çalışdırdığım dövrdən daha çox oyun izləmişəm. Fransa millisinin çıxışlarını diqqətlə izləyirdim və düşünürəm ki, bu komandanın çox böyük potensialı var", – deyə Zidanın sözlərini "L'Equipe" nəşri sitat gətirib.

Qeyd edək ki, Zinəddin Zidan Madrid "Real"ının baş məşqçisi olduğu dövrdə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə İspaniya çempionluğunu qazanıb.

Fransalı mütəxəssis 2021-ci ildə Madrid klubundan ayrıldıqdan sonra heç bir komandaya rəhbərlik etməyib.

Xatırladaq ki, Zidan Fransa millisinin baş məşqçi postunda komandaya 14 il rəhbərlik etmiş Didye Deşamı əvəz edib.







Dünya çempionatı

"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"
"Beş il futbolsuz qalmamışam"
  • Dünya çempionatı
  • 22:42 28.07.2026
"Beş il futbolsuz qalmamışam"
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
  • Dünya çempionatı
  • 23:46 27.07.2026
DÇ-2026-nın ən gözəl qolu bəlli oldu
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
  • Dünya çempionatı
  • 23:20 27.07.2026
"Rəqibə həmişə hörmətlə yanaşdıq"
Maldini cəmi 10 gün sonra istefa verdi
  • Dünya çempionatı
  • 23:09 27.07.2026
Maldini cəmi 10 gün sonra istefa verdi