9 avqust 2026. Bazar günü

"Zidan Fransa üçün əsl simvoldur"


"Zidan Fransa üçün əsl simvoldur"

Tanınmış fransalı jurnalist Tanqi Le Sevilye Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, o, "Euro-Football.ru" nəşrinə müsahibəsində Zidanın təyinatının Fransada böyük məmnunluqla qarşılandığını vurğulayıb.

"Fransada hamı Zidanın milli komandaya gəlişindən çox sevinir. O, ölkəmiz üçün əsl simvoldur. Onun rəhbərliyi altında millinin necə çıxış edəcəyini səbirsizliklə gözləyirik. Mətbuat konfransında o dedi ki, hələ də özünü '10 nömrə' kimi hiss edir. Komandadan baxımlı və keyfiyyətli futbol gözləyirik, ümidlər həqiqətən böyükdür. Bununla yanaşı, Didye Deşamın gördüyü möhtəşəm işi də unutmaq olmaz. O, əla baş məşqçi idi", – deyə jurnalist bildirib.

Qeyd edək ki, 54 yaşlı Zinəddin Zidanın Fransa Futbol Federasiyası ilə imzaladığı müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"