11 avqust 2026. Çərşənbə axşamı

Argentina millisinin futbolçuları təhlükəsizlik tədbirlərini gücləndirdilər


Argentina millisinin futbolçuları təhlükəsizlik tədbirlərini gücləndirdilər

"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines və "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister yaşadıqları evlər üçün özəl mühafizə xidməti tutublar.

90deqiqe.Az-ın "Goal.com" nəşrinə istinadən məlumatına görə, bu qərar 2026-cı il dünya çempionatının yarımfinalında Argentinanın İngiltərəni məğlub etməsindən sonra verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri Argentina millisinin qələbə şənlikləri zamanı yaşanan qalmaqaldan sonra gücləndirilib. Həmin vaxt Lisandro Martines komanda yoldaşları ilə birlikdə üzərində "Folklend adaları Argentinaya məxsusdur" sözləri yazılmış bannerlə görüntülənmişdi. Bu isə Folklend (Malvin) adaları ilə bağlı uzun illərdir davam edən Argentina-Böyük Britaniya ərazi mübahisəsi səbəbindən geniş rezonans doğurmuşdu.

Mənbənin məlumatına görə, futbolçuların evlərinə qarşı hər hansı hücum və ya vandalizm cəhdi qeydə alınmasa da, Martines və Mak Allister ehtiyat tədbiri olaraq şəxsi mühafizə xidmətindən istifadə etmək qərarına gəliblər.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər