- Dünya çempionatı
- 00:24 29.07.2026
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına hazırlıq çərçivəsində futbol dünyasını heyrətləndirəcək yeni layihəyə imza atmağa hazırlaşır.
90deqiqe.Az-ın "SNB Capital"a istinadən məlumatına görə, ölkənin paytaxtı Ər-Riyadın şimalında 92 min tamaşaçı tutumuna malik yeni stadion inşa ediləcək.
Bildirilib ki, tikintinin 2029-cu ildə başa çatdırılması planlaşdırılır. Yeni arena istifadəyə verildikdən sonra dünyanın ən böyük stadionlarından biri olacaq.
Qeyd edək ki, son illərdə Səudiyyə Ərəbistanı Pro Liqası dünya futbolunun ən sürətlə inkişaf edən çempionatlarından birinə çevrilib. Ölkə millisi isə dünya çempionatlarının final mərhələsinin daimi iştirakçılarından hesab olunur.
Bununla belə, Səudiyyə Ərəbistanı yığması mundial tarixində cəmi bir dəfə pley-off mərhələsinə yüksələ bilib. Bu uğur komanda üçün ilk dünya çempionatı olan 1994-cü il turnirində əldə olunub.