29 iyul 2026. Çərşənbə

"Futbol satıla bilməz" - UEFA-dan FIFA-ya sərt etiraz


"Futbol satıla bilməz"  - UEFA-dan FIFA-ya sərt etiraz

UEFA prezidenti Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarında payların özəl investorlara satılması ilə bağlı planları barədə yayılan məlumatlardan sonra FIFA-nı sərt tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, qurumun yaydığı bəyanatda bildirilib ki, bu addım futbol təşkilatlarının heç vaxt keçməməli olduğu "qırmızı xətt"dir.

"Bu, futbol təşkilatlarının heç vaxt keçməməli olduğu sərhəddir. UEFA bu məsələyə son dərəcə ciddi yanaşır. Milli futbol assosiasiyaları da eyni mövqe sərgiləməlidir. Liqalar, klublar, futbolçular, azarkeşlər, hökumətlər və futbolun gələcəyinə biganə qalmayan bütün tərəflər də buna ciddi yanaşmalıdır.

Futbolun ruhu və idarəçiliyi alqı-satqı predmeti deyil. Xüsusilə də bu prosesdən kimin maliyyə baxımından fayda əldə etdiyi barədə heç bir şəffaflıq olmadığı halda. Heç birimiz futbolun sahibi deyilik. FIFA-nın da onu satmağa haqqı yoxdur", – deyə UEFA-nın bəyanatında vurğulanıb.

Xatırladaq ki, UEFA daha əvvəl də FIFA ilə fikir ayrılığı yaşamışdı. Belə ki, dünya çempionatı zamanı ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqə səbəbindən aldığı diskvalifikasiya dayandırılmış və futbolçu növbəti oyunda meydana çıxmaq imkanı əldə etmişdi.

 







Dünya çempionatı

"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"
"Beş il futbolsuz qalmamışam"
  • Dünya çempionatı
  • 22:42 28.07.2026
"Beş il futbolsuz qalmamışam"