29 iyul 2026. Çərşənbə

İnfantino dünya çempionatında payları özəl investorlara satmağı planlaşdırır


İnfantino dünya çempionatında payları özəl investorlara satmağı planlaşdırır

FIFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarında payların özəl investorlara satılması imkanını nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Times" nəşri məlumat yayıb.

Məlumata görə, İnfantino artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasına yaxınlığı ilə seçilən potensial investorlarla danışıqlar aparıb.

Bildirilir ki, FIFA rəhbəri ilə Donald Tramp arasında olduqca yaxın münasibətlər mövcuddur və bu amil sözügedən layihənin həyata keçirilməsində mühüm rol oynaya bilər.

Xatırladaq ki, Canni İnfantino daha əvvəl dünya çempionatında iştirakçı komandaların sayının 64-ə çatdırılması ehtimalını da istisna etməmişdi.

2026-cı il dünya çempionatında isə ilk dəfə 48 milli komanda mübarizə aparıb. Turnirin qalibi finalda Argentinanı məğlub edən İspaniya millisi olub. Kuboku komandaya Canni İnfantino və Donald Tramp təqdim ediblər.







Dünya çempionatı

"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"
"Beş il futbolsuz qalmamışam"
  • Dünya çempionatı
  • 22:42 28.07.2026
"Beş il futbolsuz qalmamışam"