30 iyul 2026. Cümə axşamı

FİFA Argentina Futbol Assosiasiyasına qarşı intizam araşdırmasına başladı


FİFA Argentina Futbol Assosiasiyasına qarşı intizam araşdırmasına başladı

FİFA-nın İntizam Komitəsi 2026-cı il dünya çempionatının oyunlarından sonra Argentina Futbol Assosiasiyası (AFA) barəsində intizam araşdırmasına başlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat dərc olunub.

Bildirilir ki, AFA FİFA İntizam Məcəlləsinin bir neçə maddəsini pozmaqda şübhəli bilinir. Bunlara idman tədbirindən idmanla əlaqəsi olmayan nümayiş məqsədilə istifadə edilməsi də daxildir. Söhbət Folklend adaları ilə bağlı bannerin nümayişindən gedir.

Bundan əlavə, FİFA dünya çempionatının final oyunundan sonra da ayrıca intizam işləri açıb. "Hücum" maddəsinin pozulması şübhəsi ilə Argentina millisinin futbolçuları Nael Molina və Leandro Paredes, eləcə də komandanın baş məşqçisinin köməkçisi Roberto Ayala barəsində araşdırma aparılır.

Məlumata görə, Nael Molinaya iki epizod üzrə ittiham irəli sürülüb. Onlardan biri hücuma cəhd kimi qiymətləndirilir. Leandro Paredes isə üç ayrı epizod üzrə araşdırılır.

FİFA-dan bildirilib ki, iş üzrə adı keçən bütün şəxslərə izahat vermək imkanı yaradılıb. İntizam işləri üzrə yekun qərarlar araşdırma başa çatdıqdan sonra açıqlanacaq.







Dünya çempionatı

"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"
"Zidan Fransa üçün əsl simvoldur"
  • Dünya çempionatı
  • 22:45 28.07.2026
"Zidan Fransa üçün əsl simvoldur"