13 sentyabr 2026. Bazar günü

ABŞ millisi Poçettino ilə yeni müqavilə bağlamağa hazırlaşır


ABŞ millisi Poçettino ilə yeni müqavilə bağlamağa hazırlaşır

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino komandadakı fəaliyyətini davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqları aktiv şəkildə davam etdirirlər. Qeyd olunur ki, müzakirələr artıq yekun mərhələyə yaxınlaşıb və yaxın vaxtlarda argentinalı mütəxəssisin müqaviləsini 2030-cu il dünya çempionatının sonunadək uzadacağı gözlənilir.

54 yaşlı baş məşqçi ABŞ millisini 2024-cü ildən çalışdırır. Bu yaxınlarda başa çatan ev dünya çempionatında ABŞ yığması 1/8 finala yüksəlsə də, həmin mərhələdə Belçika millisinə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, Maurisio Poçettino karyerası ərzində "Çelsi", PSJ, "Tottenhem", "Sauthempton" və "Espanyol" klublarını da çalışdırıb.







Dünya çempionatı