31 iyul 2026. Cümə

Avropa futbol rəsmiləri Əl-Xəlaifini FIFA prezidentliyinə namizəd görmək istəyirlər


Avropa futbol rəsmiləri Əl-Xəlaifini FIFA prezidentliyinə namizəd görmək istəyirlər

Avropa futbol dairələri FIFA rəhbərliyində dəyişiklik etmək məqsədilə hərəkətə keçib.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, qitənin nüfuzlu futbol rəsmiləri PSJ prezidenti Nasser Əl-Xəlaifinin gələn il keçiriləcək FIFA prezident seçkisində hazırkı rəhbər Canni İnfantinoya əsas rəqib ola biləcəyini düşünürlər.

Əl-Xəlaifinin tərəfdarları onun İnfantinonu prezident postundan uzaqlaşdırmaq üçün ən real şansa malik namizəd olduğuna inanırlar.

"Politico" da Avropa futbol rəsmilərinin 52 yaşlı qətərli funksioneri FIFA-nın yeni prezidenti kimi görmək istədiyini təsdiqləyib.

Məlumata əsasən, Avropa futbol qurumlarının FIFA rəhbərliyində dəyişiklik istəməsinin əsas səbəblərindən biri Canni İnfantinonun dünya çempionatının yayım hüquqlarının bir hissəsini xarici investorlara satmaq planıdır. Nüfuzlu futbol rəsmilərindən biri bildirib ki, onlar İnfantinoya qarşı namizədliyini irəli sürəcək istənilən şəxsi dəstəkləməyə hazırdırlar.

Bununla belə, yayılan xəbərlərdən sonra Nasser Əl-Xəlaifinin FIFA prezidentliyinə namizəd olmaq niyyətində olmadığı açıqlanıb.

Onun mətbuat katibi məsələ ilə bağlı bildirib:

"Əl-Xəlaifinin FIFA-da hər hansı vəzifə tutmaq, eləcə də mediada yayılan bu iddialarla bağlı heç bir ambisiyası, niyyəti və marağı yoxdur. O, bundan sonra da dünya və Avropa futbol qurumlarına konstruktiv dəstəyini davam etdirəcək."







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"