31 iyul 2026. Cümə

Niderland millisinin yeni baş məşqçisinin adı gələn həftə açıqlanacaq


Niderland millisinin yeni baş məşqçisinin adı gələn həftə açıqlanacaq

Niderland Kral Futbol Assosiasiyası (KNVB) milli komandanın yeni baş məşqçisinin adını gələn həftə açıqlamağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Goal" nəşri məlumat yayıb.

Ronald Kuman Niderland yığmasının dünya çempionatında Mərakeşə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb. Təcrübəli mütəxəssisin gedişindən sonra KNVB-nin futbolun inkişafı üzrə direktoru Naycel de Yonq yeni baş məşqçinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Namizədlər arasında "Liverpul"un baş məşqçisi Arne Slot da yer alsa da, 47 yaşlı mütəxəssis karyerasını klub futbolunda davam etdirməyə üstünlük verir.

Hazırda milli komandanın sükanı arxasına keçməyə ən real namizəd Mixael Reyziqer hesab olunur. O, hazırda KNVB sistemində fəaliyyət göstərir və Niderlandın gənclərdən ibarət yığmasına rəhbərlik edir. Reyziqer daha əvvəl "Yonq Ayaks" komandasının da baş məşqçisi olub.

PSV-nin baş məşqçisi Peter Bos və "Tvente"ni çalışdıran Erik ten Haq da namizədlər sırasında göstərilsə də, onların təyinat ehtimalı hazırda daha aşağı qiymətləndirilir.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"