- Dünya çempionatı
- 23:50 31.07.2026
Kot-d'İvuar Futbol Federasiyası milli komandanın baş məşqçisi Emerse Fae ilə yolların ayrıldığını rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis 2026-cı il iyulun 31-də başa çatan müqaviləsinin müddətini uzatmamaq qərarına gəlib.
Federasiya yaydığı bəyanatda Emerse Faeyə milli komandaya verdiyi töhfəyə, peşəkarlığına və əldə etdiyi uğurlara görə təşəkkür edib.
Faenin rəhbərliyi altında Kot-d'İvuar millisi 36 oyun keçirib. Komanda bu görüşlərin 25-də qələbə qazanıb, dörd oyunda heç-heçə edib, yeddi qarşılaşmada isə məğlub olub.
42 yaşlı çalışdırıcının ən böyük uğuru 2023-cü ildə doğma meydanda keçirilən Afrika Millətlər Kubokunda Kot-d'İvuar yığmasını çempion etməsi olub. O, həmçinin komandanı 2026-cı il dünya çempionatının final mərhələsinə çıxarmağı bacarıb.