1 avqust 2026. Şənbə

İnfantino geri addım atdı - FIFA mübahisəli planından imtina etdi


İnfantino geri addım atdı  - FIFA mübahisəli planından imtina etdi

FIFA prezidenti Canni İnfantino qurumun yarışlarının kommersiya hüquqlarındakı payların özəl investorlara satılması ilə bağlı mübahisəli təşəbbüsün ləğv edildiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, İnfantinonun sözlərinə görə, layihənin futbol ictimaiyyətində ciddi narazılıq yaratdığı və təşkilat daxilində fikir ayrılığına səbəb olduğu nəzərə alınaraq, təklifin davam etdirilməməsinə qərar verilib.

"Bu təşəbbüsün bölünmələr yaratdığı və ilkin məqsədinin artıq aktuallığını itirdiyi aydın oldu. Buna görə də layihə irəli aparılmayacaq", – deyə FIFA prezidenti bildirib.

Məlumata görə, İnfantino FIFA-nın 211 üzv assosiasiyasına, o cümlədən kişilər və qadınlar arasında dünya çempionatlarının kommersiya hüquqlarına özəl investisiya cəlb edilməsini dəstəkləyəcəkləri təqdirdə, hər birinə 40 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılacağını vəd etmişdi.

Lakin UEFA bu planın həyata keçiriləcəyi halda dünya çempionatlarını boykot edə biləcəyini açıqlamışdı. Avropa futbol qurumunun sərt mövqeyi layihənin gündəmdən çıxarılmasında əsas amillərdən biri kimi qiymətləndirilir.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"