2 avqust 2026. Bazar günü

"Real Madrid" FİFA-nın qərarını alqışladı


"Real Madrid" FİFA-nın qərarını alqışladı

İspaniyanın "Real Madrid" klubu FİFA-nın turnirlərinin kommersiya hüquqlarının qismən satılması ideyasından imtina etməsi ilə bağlı rəsmi bəyanat yayıb.

90deqiqe.Az-ın məlumatına görə, klubun açıqlamasında bu qərarın futbolun gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

"Real Madrid" FİFA-nın yarışlarının kommersiya hüquqlarının qismən satılması ilə bağlı təklifdən imtina etməsini alqışlayır. Klubumuz hesab edir ki, bu, futbol, onun institutları və hər şeydən əvvəl sevimli idman növümüzün milyonlarla azarkeşi üçün xoş xəbərdir", – deyə bəyanatda bildirilir.

Madrid təmsilçisi həmçinin layihəyə qarşı çıxan futbol qurumlarına təşəkkür edib.

"Real Madrid" UEFA-ya, konfederasiyalara, federasiyalara və bu layihəyə qətiyyətlə və məsuliyyətlə qarşı çıxan bütün təşkilatlara minnətdarlığını bildirir. Onların həmrəyliyi və məsuliyyət hissi futbolun həlledici məqamda qorunmasına kömək etdi", – açıqlamada qeyd olunub.

Xatırladaq ki, daha əvvəl mediada FİFA prezidenti Canni İnfantinonun qurumun turnirlərinin kommersiya hüquqlarının bir hissəsinin satılması ideyasını irəli sürdüyü barədə xəbərlər yayılmışdı. Bu təşəbbüs futbol ictimaiyyətində ciddi narazılıqla qarşılanmışdı. Məlumatlara görə, UEFA-da İnfantino istefa verməyəcəyi təqdirdə ona etimadsızlıq votumunun irəli sürülməsi məsələsi də müzakirə olunurdu.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı