14 avqust 2026. Cümə

Maurisio Poçettino ABŞ millisi ilə yeni müqavilə imzaladı


Maurisio Poçettino ABŞ millisi ilə yeni müqavilə imzaladı

ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı mütəxəssislə imzalanan yeni anlaşma 2030-cu ilin sonunadək qüvvədə olacaq. Bununla da 54 yaşlı çalışdırıcı ABŞ yığmasını 2030-cu il dünya çempionatına hazırlayacaq.

Xatırladaq ki, Maurisio Poçettino 2024-cü ildən ABŞ millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2025-ci il KONKAKAF Qızıl Kubokunda finala yüksəlib.

ABŞ yığması həmçinin ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə qədər irəliləyib və bu raundda Belçikaya məğlub olaraq mübarizəni dayandırıb.







Dünya çempionatı