5 avqust 2026. Çərşənbə

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"


"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"

FİFA-nın qlobal futbolun inkişafı departamentinin rəhbəri Arsen Venger qurumun kommersiya hüquqlarına özəl investisiyaların cəlb edilməsi layihəsindən imtina etməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, sözügedən strateji planın hazırlanmasında iştirak etməyib və bu təşəbbüs barədə ilk dəfə mətbuatdan məlumat alıb.

"FİFA-da baş verən son hadisələrlə bağlı mövqeyimi açıqlamaq istəyirəm. Mən bu strateji planın hazırlanmasında iştirak etməmişəm və onun haqqında ilk dəfə mediadan xəbər tutmuşam. Layihədən imtina edilməsi tamamilə zəruri qərar idi və buna heç bir şübhə ola bilməz. Hesab edirəm ki, FİFA şəffaflıq və dürüstlük prinsiplərinə əsaslanaraq futbola xidmət edən müstəqil təşkilat olaraq qalmalıdır", - deyə Arsen Venger bildirib.

Qeyd edək ki, daha əvvəl FİFA prezidenti Canni İnfantino futbol təşkilatlarının, o cümlədən UEFA-nın sərt tənqidlərindən sonra qurumun kommersiya hüquqlarına özəl investisiyaların cəlb edilməsi ideyasından imtina edib.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı