11 avqust 2026. Çərşənbə axşamı

Kot-d'İvuar millisinin yeni baş məşqçisi müəyyənləşdi


Kot-d'İvuar millisinin yeni baş məşqçisi müəyyənləşdi

Kot-d'İvuar millisinin yeni baş məşqçisi müəyyənləşib.  

90deqiqe.Az-ın məlumatına görə, komandanı fransalı mütəxəssis Erve Renar çalışdıracaq. Bu barədə Afrika ölkəsinin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Renar üçün bu, tanış vəzifəyə qayıdış deməkdir. O, daha əvvəl, ötən onilliyin ortalarında Kot-d'İvuar yığmasına rəhbərlik edib.

Fransalı mütəxəssis Afrikada Zambiya, Anqola və Mərakeş milli komandalarında da çalışıb. Ötən dünya çempionatı zamanı isə Tunis millisinin "xilaskarı" olmaq üçün dəvət alıb. Lakin cəmi iki oyun ərzində vəziyyəti dəyişmək mümkün olmayıb.

Qeyd edək ki, Kot-d'İvuar millisinin əvvəlki baş məşqçisi Emerse Fae idi. Onun müqaviləsinin müddəti iyulun 31-də başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməyiblər.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər