- Dünya çempionatı
- 01:27 05.08.2026
İspaniyanın nüfuzlu "Marca" nəşri FİFA prezidenti vəzifəsində Canni İnfantinonu əvəz edə biləcək əsas namizədlərin siyahısını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, siyahıda beş futbol funksioneri yer alıb:
Bildirilib ki, Viktor Montalyani ən real namizəd hesab olunur. Buna səbəb onun hazırda FİFA Şurasının vitse-prezidenti kimi fəaliyyət göstərməsi və təşkilatın daxili iş prinsiplərinə yaxından bələd olmasıdır.
Qeyd olunur ki, namizədlərin müraciət üçün son tarixi 18 noyabr 2026-cı ildir. Prezidentliyə namizəd yalnız milli futbol assosiasiyalarının təqdimatı ilə irəli sürülə bilər. Namizədin seçkilərdə iştirak etməsi üçün isə ən azı beş federasiyanın dəstəyini qazanması tələb olunur.
FİFA prezident seçkiləri 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək.